داستان، "زندگی" یک خانواده چند نفری را روایت می کند.
"زامانا" دختر دانشجو یی ست که در بیمارستان بین مرگ و زندگی قرار دارد. و درگیر با "زندگی خانواده مذکور" است.
پاره ای از مسایل عموم بشری در محوریت قرارگرفته اند.
کلیت متن ترکی با متن فارسی یکی ست، اما در برخی جزئیات و چگونگی بیان موضوعات متفاوت است. عکسها برخی نقاط متن را نشان میدهند.
--
نوشته، نسخه ی جدیدی ست که ارائه می شود. امیدوارم در این نسخه اشکالات کمتری داشته باشیم.
کلمات آبی دارای فرمت pdf اند. ادامه نوشته در فرمت یادشده قرار دارد.
A. Elyar
"Mən çinaram, çinar əyilməz, əyilsə sınar".
Məhəmməd Əmin Azad Vətən
1
"Ərbablar əllərini ağdan-qaraya vurmurlar, bircə işin sonunda gəlib hasili tay-tay aparırlar. Biçarə əkinçinin ev-uşağı, ac və susuz qalır. Bu zülm dəyil bəs nədir?... Yer o adamındır ki, onu əkir-biçir; hasil becərir..."- Natiq dedi. Bazar günü.
Şəhərdə meydana, çox adam yığışmışdı; kəndli, şəhərli. Bir kişi nitq edirdi. Nitq, onlar üçün təzə bir hərəkət idi.
Bəziləri deyirdilər "indi Azərbaycanın çox yerində belə bir yığıncaq, mitinqlər olur".
“Mitinq” yeni bir söz idi, onların qulağına dəyirdi.
«Gedək, gəl gedək ayın-oyunu alıb kəndə qayıdaq, gecə qalarıq» -Əli Gülzara sarı dedi.
«Onun haqqı var, düz deyir.» -Gülzar cavab verdi.
Əli, atası deyən sözü yadına salıb dedi:
«O mənim də sözümü deyir, undakı ərbab gəldi tay-tay buğdanı apardı dedim, “dədə bəs biz, biz nə yeyəcəyik? Dedi, bala, bizə də Allah kərimdir”...
Bu kişi düz deyir, yer bizim olmasa aclıqdan qurtulacağımız yoxdur. Gedək Gülzar, gedək, mən atam inan danışmalıyam; bəlkə razı oldu xidmətə getdim. »
Yolda Gülzar dedi:
« Tutaq getdin, Allah eləməsin qayıtmadın, bilirsən mən bədbəxt olaram?»
«Biz ki, hələ evlənməmişik, qorxma, qayıdaram, əyə qayıtmasam da bir ayrı insanla evlənərsən.»
« Bilirəm, sən elə belə sən. Amma mən sənin kimin dəyiləm. Bəlkə də hamı kişilər belədir. Sənin yanında sevgimizin elə bir belə dəyəri var?»
« Gülzar tərsə anlama, mən də belə dəyiləm. Mən də istirəm sevgimiz yaşasın, ev-uşaq sahabı olaq. Amma sonrası nə olacaq? Gənə də ərbablara qulluq edəcəyik; gənə də biz əkib-biçəcəyik onlar aparacaqlar? Yox! Gedərəm ya ölərəm ya da bu pis gündən qurtularıq...»
İndi bu danışıqdan düz doqquz ay üç gün geçir. Kəndlilərin birisi kəndə xəbər gətirdi ," Əli diridir, gəlir, kənd yolundadır."
Və Gülzar xəbəri eşidən kimi hiss etdi ölmüşdü təzədən dirildi. Bilmirdi nə eləsin. Axşam çağı idi və hava ala-toran. Qaçdı çıxdı dam üstünə, evlərin bacasından bağırdı:
« Muştuluq, Əli diridir, gəlir...»
«Qız utanmırsan? Utan xəcalət çək!»- cavab verdilər.
Nədən utansın? Sevgidən? Sevirəm bağırtısından ki, doqquz ay idi onu xirtdəkləmişdi, və indi birdən-birə partlayırdı? Yox, Gülzar sevginin qovğasından heç utanmırdı və onu çoxda ucadan bağırırdı.
Bircə barıt deyil ki, partlayar, bəzən, sevgi də, barıt kimi partlayar, və bütün bənd-bərəni qırıb, yıxar.
دیدگاه و نظرات ابراز شده در این مطلب، نظر نویسنده بوده و لزوما سیاست یا موضع ایرانگلوبال را منعکس نمیکند.
توجه داشته باشید کامنتهایی که مربوط به موضوع مطلب نباشند، منتشر نخواهند شد!
افزودن دیدگاه جدید