در یک آبادای، وسط بیابان، سه تن احوال خاصی داشتند.
دونفر به دنبال شتر خود بودند، و آن دیگری بیمار بود.
وقتی گم کردگان، سوار بر اشتر خود بازگشتند، مریض خوابیده بود.
گفتند: بیدارش کنید تا شادی ما را ببیند.
پیر آبادی گفت: شما شاد باشید . خواب او ابدی ست!
پیر که این بگفت، خود نیز دراز کشید و به خواب ابدی فرو شد!
سواران به خانه ها در آمدند، اما کسی آنجا نبود!
تا سبب باز یابند، بادی زوزه کشید و توفانی از گرد و خاک برخاست ...و ظلمت مستولی.
دیگر نه شتری ماند و نه سواری.
گویند: همه چیز در تپه هایی از گرد و خاک مدفون شده بود.
-------
یادداشت:
آنچه در متن ترکی آمده چکیده اش داستانکی ست
که در بالا قید شده است.
Obada üç kişi
Üçünün də var işi.
İkisi öz dəvəsini gəzir
Üçüncü isə
Nə sah* yatıb, üstünü bəzir.
Gəzib-gəzib tapdılar
Qurd ağzından dəvələri qapdılar
Şən dedilər, şən güldülər
Nə sahı da tapdılar.
Dur dedilər nə sahım
Gül dedilər nə şahım.
Nə sah yatıb oyanmaz"
"Bu şənliyə doyanmaz.
Söylədi bir qoca
Həyatını qeyb etdi, xoca.
O ev sənin
Bu ev mənim
Dəvəçilər, gəzdilər
Vay dedilər
Hamı gedib azdılar
Qara günüm, yazdılar!
Arayınca səbəbi
Yel gəldi, tufan qopdu
Sildi bir obanı, nəsəbi.
Nə dəvə qaldı, nə dəvəçi
Nə oba qaldı, nə fərman
Nə də eldə, bir Süleyman!
El-oba batdı, yel-tufan oyununda
Toz-torpaq, təpələr qoynunda!
Ozanlar söylədi, uzun zamanlar
Sinədən-sinəyə, yaydı kamanlar.
**
UŞAQLAR DNIŞMASI
Dolan, a balam, dolan!
Min dəvəyin dolan.
*
*Biri yatıb zaqqıldayır
Biri qaçıb vaqqıldayır
Biri durub qaqqıldayır.
*
Dəvələr qatar-qatar
Mənimki də bir qatar.
*
Dəvədabanı gül inən
Dəvəm itib yük inən.
*
Hər kəsin var dəvəsi
Dəvəsinə var həvəsi.
*
Dəvəm oynaqlayır
Yer-göyü dırnaqlayır
Oyat el ba-ba oyat
Bütün yatanları oyat.
*
Dəvələr cadar* durar
Yükünü çatar durar
Hərə öz dəvəsini qovar
Mənzilə çatar durar.
*
Dəvədabanı *gül inən
Gül toxuram gül inən
Gülüm hara getsə
Gedərəm gül inən.
----
cadar durar: ayrı durar; cadar- cadar: yarıq-yarıq*
:zaqqıldayır:zıqqıldayır; zıqqım, zıqqıltı: dərd*
nə sah: nə saz:məriz*
علف سرفه Dəvədabanı : lat. Tussilago*
دیدگاه و نظرات ابراز شده در این مطلب، نظر نویسنده بوده و لزوما سیاست یا موضع ایرانگلوبال را منعکس نمیکند.
توجه داشته باشید کامنتهایی که مربوط به موضوع مطلب نباشند، منتشر نخواهند شد!
افزودن دیدگاه جدید